Cəbrayıl, Qubadlı və Zəngilanda hərraca çıxarılacaq yataqlar açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəbrayıl rayonunun Tulus mişar daşı yatağının 48,3 hektar ərazisi, Tinli və
Göyçərçin Veysəlli sement xammalı yataqlarının isə müvafiq olaraq 20,3 və 20
hektar ərazisi hərraca hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr
müavini Azər Şükürov Ekoloji məsələlər üzrə işçi qrupunun bu gün Zəngilanda
keçirilən iclasında deyib.
A.Şükürov, həmçinin Zəngilan rayonu üzrə Bartaz-2 tikinti daşı yatağının 15
hektar ərazisinin, Qubadlı rayonu üzrə isə Hacılı mişar daşı yatağının 20
hektar ərazisinin hərraca hazırlandığını da diqqətə çatdırıb.