3a22150c-0fbc-4703-946d-bb5a703d4a94..jpg

Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü – SİYAHI + FOTO

Baxış sayı: 541 dəfə baxılıb.

Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü – SİYAHI +
FOTO

Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini
işğaldan azad etməsinin üçüncü ildönümüdür.

Cixisyolu.com xatırladır ki, 2020-ci ilin bu günü, Vətən müharibəsi davam edən dövrdə
Ali Baş Komandan Prezidentİlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonuna
daxil olan doqquz kəndin işğaldan azad olunduğunu elan etmişdi.

Bu kəndlər Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı
Maralyan, Dəjəl və Karxulu kəndləridir.

Həmçinin, müharibənin səkkizinci günündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən
qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Source link