Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşğaldan azad olunmuş ərazilərdə səhiyyə sisteminin inkişafı, həmin
ərazilərdə yaşayan və işləyən sakinlər üçün tibbi xidmətlərin təşkili məqsədilə
müvəqqəti olaraq Agentlik tərəfindən modul tipli xəstəxanaların quraşdırılması
həyata keçirilir”.
Cixisyolu.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji
hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 2021-ci ildən başlayaraq Şuşa, Zəngilan, Laçın, Ağdam və
Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb:
“Növbəti il artıq Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların
quraşdırılması nəzərdə tutulub”.
Könül Cəfərli