82c6f342-60b5-42a3-b715-cfe55736a2d0..jpg

Cəbrayıl, Xankəndi və Xocalıda silah-sursat aşkar edilib – VİDEO

Baxış sayı: 625 dəfə baxılıb.

Cəbrayıl, Xankəndi və Xocalıda silah-sursat aşkar edilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi
tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, polis əməkdaşları tərəfindən üç avtomat, bir pulemyot, bir
qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri
özlərində olan üç ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə yanvarın 8-də Xankəndi
şəhəri ərazisində bir ədəd qumbaraatan, bir ədəd pulemyot, 37 ədəd müxtəlif
markalı avtomat silahı, iki ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28
ədəd qumbara, 23 ədəd alışdırıcı, 7 277 ədəd müxtəlif çaplı patron, 131 ədəd
patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları, Xocalı şəhəri
ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd qumbaraatan,
iki ədəd snayper, 10 ədəd qumbara, bir ədəd tüfəng, 23 300 ədəd patron, 23 ədəd
patron darağı və iki ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Source link