bc66f443-221c-4200-a874-073db00fc7e0..jpg

Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq – FOTO

Baxış sayı: 613 dəfə baxılıb.

Cəbrayılda inşa olunan yaşayış kompleksi 33 binadan ibarət olacaq – FOTO

Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87
hektar ərazidə inşa edilən yaşayış kompleksi altı məhəllədən – 33 binadan
ibarət olacaq.

“Report” xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda
bildirilib.

Məlumata görə, binalar dörd-beş mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq.
Mənzillərdən səkkizinin birotaqlı, 136-sının ikiotaqlı, səkkizinin iki-üç
otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması
nəzərdə tutulub.

Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin
məskunlaşdırılması nəzərdə tutulur.

Source link