Cəbrayılda şəhəri gününə həsr olunmuş konsert keçirilir.
Cixisyolu.com xəbər verir ki, sözügedən əlamətdar gün münasibətilə təşkil edilən
tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin
Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev,
ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri
iştirak edirlər.
Tədbir iştirakçıları konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə,
mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar.
Qeyd edək ki, ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi
Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl
Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Məhərrəm Əliyev