22c461e8-9214-4521-8e94-928eb716a82a..jpg

Cəbrayılda xeyli silah-sursat götürüldü – FOTO/VİDEO

Baxış sayı: 1. 016 dəfə baxılıb.

Cəbrayılda xeyli silah-sursat götürüldü – FOTO/VİDEO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər
nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri
tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7
qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780
ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil
verilib.


Source link