7ffd0586-5260-4f31-99b2-01d2c47a3836..jpg

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə dəyən zərər aradan qaldırıldı – FOTO

Baxış sayı: 894 dəfə baxılıb.

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə dəyən zərər aradan qaldırıldı – FOTO

Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa
çatdırılıb.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri
vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova yayıb:

“Yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər
Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin
binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın
15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb”, –
deyə o bildirib.

Source link