461e3981-303b-4148-ad9c-aa7a3f570e33..jpg

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur

Baxış sayı: 988 dəfə baxılıb.

Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinin dam örtüyü bərpa olunur

Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən güclü külək
ölkənin bir sıra bölgələrində fəsadlar törədib, o cümlədən elektrik xətlərinə,
binaların dam örtüyünə zərər vurub.

Cixisyolu.com-ın xəbərinə görə, güclü külək Sumqayıt Regional Mədəniyyət İdarəsinin
(RMİ) əhatə etdiyi Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün
bir hissəsini uçurub. Bundan əlavə, muzeyin binasını elektrik enerjisi ilə
təmin edən xətlər qırılıb.

Hadisə baş verdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən
tapşırığa əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri
tərəfindən ev-muzeyə baxış keçirilib, binaya və elektrik təsərrüfatına dəymiş
zərər qiymətləndirilib.

Yanvarın 14-də muzeyə elektrik enerjisinin verilişi bərpa edilib. Binanın dam
örtüyünün bərpası ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, görkəmli şair, dramaturq, ssenarist Cəfər Cabbarlının
(1899-1934) Xızıdakı ev-muzeyi ədibin həyat yoldaşı Sona xanım Cabbarlının
təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə
başlayıb. 13 ildən sonra muzey olaraq dövlət qeydiyyatına alınıb.

Source link