“İnnovasiya etməməyin özü bir riskdir”.
Cixisyolu.com xəbər verir ki, bunu “PAŞA Holding”in baş icraçı direktoru Cəlal
Qasımov “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge”
İnnovasiya Sammitində deyib.
O bildirib ki, 5-10 il əvvəllə müqayisədə hər bir şey dəyişib:
“Əgər sən uğurlusansa, müştərin də dəyişiklik istəyirsə və sən heç nə
etmirsənsə, bunun özü ən böyük riskdir. Nəzərə almaq lazımdır ki, hər şey
sürətlə dəyişir və bu dəyişikliklə ayaqlaşmaq lazımdır. Şirkət də öz
siyasətində bunu tətbiq etməlidir. Bu, vacib məqamdır. Biz şirkət daxilində
yeni ideyalara doğru getdikdə işimizin miqyasını nəzərə almalı və bu yeniliyi
doğrultmalıyıq. Bilməliyik ki, insanların etibarı qazanılmasa, pul qazanmaq
alınmaya bilər”.
O bildirib ki, konkret olaraq uğursuz təşəbbüslərlə davam edəndə biznes məhv
olacaq:
“Hamı bilməlidir ki, biz hər zaman olduğu kimi işimizə davam etməliyik.
Yeniliyə açıq olmalıyıq. Doğrudur ki, yenilik həm investisiya, həm də vaxt
tələb edir”.
Aygün Mirakif