Cəlilabad bazarında ölüm hadisəsi baş verib
Cəlilabad rayonunda bazarda ölüm hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərindəki Mərkəzi bazarda qeydə
alınıb.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Tomarxan Əhədov ərzaq alan zaman
halı qəfil pisləşib. Daha sonra onun dünyasını dəyişdiyi məlum olub.
Ölümün səbəbini müəyyən etmək üçün mərhumun meyiti rayon morquna təhvil
verilib.
Faktla bağlı araşdırma aparılır.