97ceeee1-23e2-45f2-9b2a-e46efa9a94a2..jpg

Cəlilabad Müalicə Diaqnostika Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI – YENİLƏNİB + VİDEO

Baxış sayı: 783 dəfə baxılıb.

Cəlilabad Müalicə Diaqnostika Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI –
YENİLƏNİB + VİDEO

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın zamanı digər bölmələrdə hər
hansı bir elektrik kəsintisi baş verməyib.

Bu barədə “Report”un yerli bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının
direktoru Elnur Azadxanov məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 11:15 radələrində Cəlilabad Müalicə
Diaqnostika Mərkəzinin birinci mərtəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində
Elektrik naqillərinin qısa qapanması nəticəsində tavanda tüstülənmə qeydə
alınıb:

“Dərhal FHN Yanğından Mühafizə Xidmətinə məlumat verilib, tüstülənən sahə bir
neçə dəqiqə ərzində söndürülüb. Heç bir xəsarət alan olmayıb və tibbi cihazlara
zərər dəyməyib. 2 kv.metrlik bir sahədə naqillərin izolyasiya örtüyü sıradan
çıxıb. 2 saat ərzində tavanda təmir işləri aparılıb və elektrik xətti yenisi
ilə əvəz olunub. Digər bölmələrdə xidmət dayandırılmayıb və hər hansı bir
elektrik kəsintisi baş verməyib”.

12:27

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində tüstülənmə baş verib.

Bu barədə FHN məlumat yayıb.

İlkin məlumata əsasən, tüstülənmənin qarşısı FHN qüvvələri tərəfindən qısa
müddət ərzində alınıb.

11:41

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb.

“Report” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN)
yanğınsöndürənləri və texnikaları cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri aparılır.


Source link