Cəlilabad sakinini ölümlə hədələyən kriminal avtoritet saxlanıldı

Cəlilabad sakinini ölümlə hədələyən kriminal avtoritet saxlanıldı

Baxış sayı: 8. 619 dəfə baxılıb.

Cəlilabadda polis ədavətin qanla bitməsinin qarşısını alıb.

Bu barədə ÇıxışYolu.Com-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən xəsarət aldığını bildirib. Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini, əvvəllər məhkum edilmiş, cinayətkar aləmlə əlaqəli olan və “Məşədi Elçin” kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qayını Çingiz Rüstəmov köhnə ədavətə görə Ş.Mahmudova bıçaq və yumruq zərbələri ilə xəsarət yetiriblər.

Cəlilabad sakinini ölümlə hədələyən kriminal avtoritet saxlanıldı

E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd “Makarov” markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.