aeec9404-7083-41a2-b270-f2f01d494b6b..jpg

Cəlilabad sakininin güllələnməsinin təfərrüatı məlum oldu – YENİLƏNİB

Baxış sayı: 514 dəfə baxılıb.

Cəlilabad sakininin güllələnməsinin təfərrüatı məlum oldu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatı bilinib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında
rayonun Mikayıllı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev
mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu
barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib.
Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni
mübahisəsi Cavidin hər iki ayağından güllə yarası alması ilə başa çatıb. O,
xəstəxanaya yerləşdirilib.

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu
Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi
Xəstəxanasından “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib
ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə
hospitalizasiya olunub.

Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.

09:06

Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini
C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan
atəş nəticəsində xəsarət alması barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat
daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə
ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev
müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi
aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Source link