ad658614-6f64-4a40-af73-8c3c00b8cc6f..jpg

Cəlilabad sakininin sosial yardımla bağlı qurumdan aldığı cavab təəccüb yaratdı – VİDEO

Baxış sayı: 731 dəfə baxılıb.

Cəlilabad sakininin sosial yardımla bağlı qurumdan aldığı cavab təəccüb
yaratdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ünvanlı sosial yardım almaq üçün müraciət edən Cəlilabad rayon sakini Asif
Sadıqov qəribə vəziyyətlə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşın müraciətinə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən imtina cavabı verilib.

Səbəb kimi onun adına avtomobil olduğu göstərilib.

Məsələyə aydınlıq gətirmək üçün Asif Sadıqov müvafiq qurumlara sorğu göndərib.
Aldığı cavab isə onu təəccübləndirib.

A.Sadıqovun sözlərinə görə, Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki
Baxış Şöbəsindən adına nəqilyyat vasitəsinin olmadığı barədə arayış alıb və
müvafiq sistemə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb.

Dövlət Sosial Müdafiə Fondu məsələyə münasibət bildirib.

Ətraflı süjetdə:


Source link