ac91ff73-8416-4add-bc65-6fe0eac2383c..jpg

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb

Baxış sayı: 669 dəfə baxılıb.

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu
silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin
təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti
tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz
saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına
könüllü olaraq təhvil veriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad
rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı üç ədəd
avtomat, bir ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi
aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link