111016aa-c96f-4327-8ed5-5f5b65538b48..jpg

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub

Baxış sayı: 988 dəfə baxılıb.

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub

Cəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zərifə Əliyeva
küçəsində qeydə alınıb.

Belə ki, 12 ailənin yaşadığı, ümumi sahəsi 688 kvadratmetr olan ikimərtəbəli
yaşayış binasının ikinci mərtəbəsində, 1975-ci il təvəllüdlü Rafiq Orucova
məxsus mənzildə yanğın baş verib.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və iki
texnikası cəlb olunub, yanğın söndürülüb və sakinlər binadan təxliyə ediliblər.

İlkin məlumata görə, yanğın nəticəsində 30 kvadratmetr ərazi yanıb. Yanğın
zamanı mənzilin sahibi evdə olmayıb.

Yanğına elektrik xətlərində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Source link