0f223e39-d836-497c-a65a-1a2fcfbc764a..jpg

Cəlilabadda 17 yaşlı qızı qaçıranlara 10 illik CƏZA

Baxış sayı: 704 dəfə baxılıb.

Cəlilabadda 17 yaşlı qızı qaçıranlara 10 illik CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin
məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc
Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il
təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin
144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə
təqsirləndiriliblər.

Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub.
Onlar H.M.-nin atasına məxsus VAZ markalı avtomobillə A.S.-nin qonşuluğunda
yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil
yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb.
Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün
müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.-dən
şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib
və ona qarşı şikayətinin olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-yə
isə 10 il həbs cəzası verilib.

Source link