Cəlilabadda ana və qızını öldürən şəxsə ömürlük həbs

Cəlilabadda ana və qızını öldürən şəxsə ömürlük həbs

Baxış sayı: 2. 764 dəfə baxılıb.

Cəlilabadda ana və qızını öldürən şəxsə ömürlük həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, məhkəmənin hökmü ilə Y. Bayramov ömürlük azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri – 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.