72a852b7-81a4-43c8-82c7-a3da70da9d3a..jpg

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 017 dəfə baxılıb.

Cəlilabadda ata uşaqlarının gözü qarşısında arvadını qətlə yetirib, sirkə içdi
– YENİLƏNİB + VİDEO

Cəlilabadın Muğan kəndində dəhşətli ailə faciəsi baş verib.

Kənd sakini 35 yaşlı Elxan Əmənov həyat yoldaşı 31 yaşlı Aysel Abbasovanın
başını kəsərək, onu xüsusi amansızlıqla qətlə yetirib.

Elxan Əmanov hadisədən sonra sirkə turşusu içərək evin damına qalxıb.
Qonşuların müraciətindən sonra hadisə yerinə gələn polislər şübhəlini
xəstəxanaya aparıblar. Hadisə ailədə olan azyaşlı övladların gözü önündə baş
verib.

Mərhumun atası Qurban Abbasovun sözlərinə görə, E.Əmənov övladlarının yanında
başqa qadınla cinsi əlaqədə olub.

“Uşaqları çarpayının altına salıb, o işlə məşğul olurdu. Bunun üstündə
davaları düşüb. Elxan da deyib ki, onu da alacam, səni də saxlayacam”, – deyə o
qeyd edib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Qətli törətdikdən sonra
intihara cəhd edən Elxan Əmənovun vəziyyəti ağır olduğu üçün o, Bakıya aparılıb.

Hadisə ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində:

09:16

Fevralın 6-da saat 7 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il
təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat
daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini
törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan
Əmanov hadisədən sonra sirkə turşusu içib. O, xəstəxanaya yerləşdirilib,
vəziyyəti ağırdır.

Araşdırma aparılır.


Source link