Cəlilabadda bıçaqlanma hadisəsi anbaan kameraya düşdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.
Yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirzəqani Əhmədov küçədə
naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
“Xəzərxəbər” hadisənin görüntülərini yayıb.
Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən
gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı
şəxs xəstəxanada ölüb.
İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov
vaxtilə rayon sakinlərindən birini döyərək onun sağlamlığına ciddi zərbələr
vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra naməlum şəxs onu
öldürmək qərarına gəlib və izləyərək hücum edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.