Cəlilabadda fərdi ev tamamilə yanıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kövüzbulaq kəndində
qeydə alınıb.
Belə ki, kənd sakini Şahgəldi Əhmədova məxsus 200 kvadratmetr sahəsi olan evdə
yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən və texnikaların cəlb olunmasına
baxmayaraq, ev tamamilə yanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.