78d2c19e-263b-4104-b8d0-884d7f216ead..jpg

Cəlilabadda fermaların tullantıları kanala tökülür – VİDEO

Baxış sayı: 796 dəfə baxılıb.

Cəlilabadda fermaların tullantıları kanala tökülür – VİDEO

Cəlilabadın Babək küçəsində yaradılan fermanın tullantıları kanala axıdılır.

Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə də yaxınlıqda yaşayan
sakinləri ciddi narahat edir.

Sakinlər bildiriblər ki, şəhərin mərkəzində bir qrup şəxs həyətlərində
fermalar yaradıblar.

Fermalarda mal-qara saxlanılır. Buradan çıxan çirkab, tullantı yağış və qrunt
sularının axıdılması üçün nəzərdə tutulan kanala tökülür. Ərazidə kəskin üfunət
var. Mövcud vəziyyət bir neçə ildir davam edir.

Onların sözlərinə görə, problemin həll edilməsi üçün bir neçə dəfə şikayət
ediblər. Bundan sonra kanalda təmizlik işləri aparılıb. Amma fermanın
fəaliyyəti davam etdiyindən vəziyyət dəyişməz qalıb.

Məsələ ilə bağlı Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən
bildirilib ki, sakinlər rəsmi surətdə ərizə ilə müarciət etməlidirlər. Bundan
sonra problemin tam aradan qaldırılması üçün müvafiq işlər görülə bilər.

Daha ətraflı süjetdə:


Source link