Cəlilabadda fermerlər satdıqları kartofun pulunu ala bilmirlər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəlilabadda fermerlər min bir əziyyətlə becərdikləri məhsulun pulunu ala
bilmirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət rayonun Maşliq kəndinin bir qrup
təsərrüfatçısının düşdüyü acınacaqlı vəziyyətdən gedir.
Təsərrufat sahibləri iddia edir ki, ötən mövsüm istixana şəraitində
becərdikləri kartofu İqbal adlı bir şəxsə satıblar. Onların sözünə görə, bu
satışda həmin alıcıya Vüsal adlı bir həmkəndliləri vasitəçi olub. Amma, sonra
söz verən alıcıdan kimsə bir qəpik də ala bilməyib.
İddiaya görə, İqbalın şikayətçilərə 3 min manatdan 10 min manata qədər borcu
var.
Daha ətraflı videomaterialı təqdim edirik: