29473d41-f241-47dc-9526-ad2d66ee9902..jpg

Cəlilabadda Hülakülər dövrünə aid artefaktlar tapıldı – FOTO

Baxış sayı: 675 dəfə baxılıb.

Cəlilabadda Hülakülər dövrünə aid artefaktlar tapıldı – FOTO

Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə abidəsində
arxeoloji qazıntılar aparılır.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, qazıntılar Arxeologiya,
Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, dosent, arxeoloq Anar Ağalarzadənin rəhbərliyi altında
aparılır.

A.Ağalarzadənin sözlərinə görə, qazıntı işləri hazırda ilkin mərhələdədir:

“Builki qazıntılar yaşayış məskənində davam etdirilir. Çoxtəbəqəli olan bu
abidənin üst qatında orta əsrlərə aid zəngin maddi mədəniyyət qalıqları üzə
çıxır. Qazıntılar zamanı şirli və şirsiz saxsı məmulatı, ocaq yerləri, təndir
qalıqları tapılıb. Aşkarlanan bir ədəd mis sikkə maraq doğurmaqla yanaşı,
abidənin orta əsrlər təbəqəsinin dəqiq tarixini müəyyən etməyə imkan verir.
Tədqiqatlara görə, sikkə Hülakülərin doqquzuncu hökmdarı Sultan Əbu Səid
Bahadur (1305-1335) xanın adına kəsilmiş puldur.

Hazırda abidədə arxeoloji qazıntılar dərin qatlara doğru davam etdirilir.

Source link