08699b36-8a39-485d-8fed-4603d8806b0a..jpg

Cəlilabadda iki avtomobil qəzası olub, xəsarət alanlar var

Baxış sayı: 584 dəfə baxılıb.

Cəlilabadda iki avtomobil qəzası olub, xəsarət alanlar var

Cəlilabadda xəsarətlə nəticələnən iki avtomobil qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, qəzalardan biri Uzuntəpə kəndi
ərazisində qeydə alınıb. Bu qəza nəticəsində 1994-cü il təvəllüdlü Süleyman
Yarıyev xəsarət alıb.

Daha bir avtoqəza nəticəsində 1987-ci il təvəllüdlü Elşad Təhməzov xəsarət
alıb. Hər iki yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Source link