cdf31a6a-efdc-4aa2-b254-3848781ffe6f..jpg

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Baxış sayı: 568 dəfə baxılıb.

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol-nəqliyyat hadisəsi qeydə
alınıb.

“Report”un məlumatına görə, VAZ-2106 və “Mercedes-Benz” markalı minik
avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri – 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və
2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link