ccf3e51e-9d29-4865-a63b-f1ebf3b63fb0..jpg

Cəlilabadda ilk tunc dövrünə aid miniatür qoç fiquru aşkarlanıb – FOTO

Baxış sayı: 760 dəfə baxılıb.

Cəlilabadda ilk tunc dövrünə aid miniatür qoç fiquru aşkarlanıb – FOTO

Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində aparılan qazıntılar
zamanı unikal hesab olunan tarixi tapıntı aşkarlanıb.

Bu barədə “Report”a Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Anar Ağalarzadə
məlumat verib.

Onun sözlərinə görə, qoç tarixən Azərbaycan xalqının qədim mənəvi
mədəniyyətində bolluq-bərəkət simvolu olub:

“Xudutəpə yaşayış məskəninin ilk tunc dövrü təbəqəsindən arxeoloji qazıntılar
zamanı tapılmış bu kiçik qoç nümunəsi Muğanın minilliklər tarixinin öyrənilməsi
üçün çox əhəmiyyətlidir”.

Qeyd edək ki, əvvəlki qazıntılar zamanı sözügedən yaşayış məskəninin üst
qatından orta əsrlərə aid zəngin maddi mədəniyyət nümunələri, eləcə də digər
qoç fiqurları üzə çıxıb.

Source link