bd6f2bc6-1715-4ee6-819c-d6cacf5a96c8..jpg

Cəlilabadda “Kalaşnikov” və tüfənglər aşkarlandı – FOTO

Baxış sayı: 563 dəfə baxılıb.

Cəlilabadda “Kalaşnikov” və tüfənglər aşkarlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda bir ədəd
“Kalaşnikov” avtomatı, beş ədəd tüfəng aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları
tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü
təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir
nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını,
həmin silaha aid bir ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan
silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində beş nəfər
rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq
götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Source link