Cəlilabadda keçmiş məhkumun qətlə yetirilməsinin TƏFƏRRÜATI – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəlilabad rayonunda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
“Report”un məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində
Cəlilabad şəhərində baş verib.
Rayon sakini, 1977-ci il təvəllüdlü Mirxəqani Mirnizami oğlu Əhmədov münaqişə
zamanı üç bıçaq xəsarəti alıb. O, ətrafdakılar tərəfindən rayon xəstəxanasına
çatdırılıb. Lakin, M.Əhmədovun öldüyü məlum olub.
Belə ki, mərhuma döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna,
ürəyinə, həmçinin sol bazunun aşağı 1/3 hissəninə xəsarətlər yetirilib. Onun
ölümünə ürək nahiyəsindən aldığı xəsarət səbəb olub.
Qeyd edək ki, M.Əhmədov həbsdən yenicə çıxıbmış.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən M.Əhmədovun qətlə yetirilməsində
şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyat-istintaq
tədbirləri həyata keçirilir.
24.10.2023, 21:54
Cəlilabadda qətl törədilib.
APA-nın verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
O, ətrafdakıların köməyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa
da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.