75e4fcd4-e098-4dd3-9d82-d95bcdea38ac..jpg

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

Baxış sayı: 938 dəfə baxılıb.

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıldı

Cəlilabadda məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Cixisyolu.com-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən
qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və
dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə
ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə
mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Source link