0fc3a48f-8f28-4df4-ad51-3695bbf890ba..jpg

Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var

Baxış sayı: 633 dəfə baxılıb.

Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş
verib.

“Report”un Muğan bürosunun məlumatına görə, VAZ 2107 və “Mitsubishi” markalı
minik avtomobilləri toqquşub.

VAZ 2107 bundan sonra elektrik dirəyinə çırpılaraq iki yerə bölünüb. Qəza
nəticəsində avtomobilin sürücüsü, rayonun Maşlıq kənd sakini, Elbəyi Telman
oğlu Adıgözəlov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Source link