633e60cf-8823-402b-b900-e703c84fe546..jpg

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb – FOTO

Baxış sayı: 403 dəfə baxılıb.

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki
tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə
təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin
ərazisindəki örüş sahəsindən tapdığı bir ədəd “Valter” tipli tapança və beş
ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi
istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini
müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü
təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link