aaa86291-b67d-4449-9804-de39b5ec3874..jpg

Cəlilabadda qəza: Ölən var – FOTO

Baxış sayı: 653 dəfə baxılıb.

Cəlilabadda qəza: Ölən var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Mətbuat
Xidmətindən bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara
magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə
alınıb.

“Hyundai Getz” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə
olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil
Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan “Mercedes-Benz” markalı
avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Mercedes-Benz” avtomobilinin yanında dayanan sürücü
Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Source link