90c1af40-da6c-4b25-b440-1625ea1888aa..jpg

Cəlilabadda qidadan zəhərlənən ailənin son durumu açıqlanıb: Bir nəfər reanimasiyadadır – YENİLƏNİB

Baxış sayı: 588 dəfə baxılıb.

Cəlilabadda qidadan zəhərlənən ailənin son durumu açıqlanıb: Bir nəfər
reanimasiyadadır – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub.

“Report”un Muğan bürosunun məlumatına görə, ailə üzvlərindən ikisi ambulator
müalicə üçün evə buraxılıb.

Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya
şöbəsində davam etdirilir.

13:29

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində
qeydə alınıb.

Belə ki, ailə üzvləri – 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il
təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu
ilə rayon xəstəxanasına gətirilib.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Source link