088a2aee-3b90-4c16-9395-5b498fe84115..jpg

Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıblar – RƏSMİ + YENİLƏNİB

Baxış sayı: 670 dəfə baxılıb.

Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıblar – RƏSMİ + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıblar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab
olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü
(cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri
müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il,
04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Pasiyentlər ilkin tibbi yardım göstərilərək izolyasiya şəraitində ambulator
müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə
saxlanılıb.

Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə
bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə
müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.

Qeyd edək ki, Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölüm
faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

13:22

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının
tələbələri qızılca virusuna yoluxub.

APA-nın məlumatına görə, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir
oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin
Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm
yoluxub.

Tələbələr, xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət
ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca
virusuna yoluxub.

Source link