3bd3efae-d734-49c6-82e4-28c496513453..jpg

Cəlilabadda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb

Baxış sayı: 656 dəfə baxılıb.

Cəlilabadda şagird məktəb yoldaşı tərəfindən bıçaqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhəri Vaqif küçəsində
qeydə alınıb.

Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında
məlumat verilib.

Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır
vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən
kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub.

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində
digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli
müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu
sinfinin paralel şagirdləri olduğu bildirilir.

Source link