Cəlilabadda silahlı toqquşma

Cəlilabadda silahlı toqquşma

Baxış sayı: 2. 040 dəfə baxılıb.

Cəlilabad rayonunda silahlı insident baş verib .

ÇıxışYolu.Com APA-ya istinadən verir ki, ilkin məlumata görə, Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıblar.

Silahlı insident zamanı xəsarət alan olmasa da, “Lexus” markalı avtomobilə və yaşayış evinə ziyan dəydiyi bildirilir.

İnsidentin səbəbləri və iştirakçılarının kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com