Cəlilabadda süni gölə düşən 18 yaşlı qız polislər tərəfindən xilas olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cəlilabad rayonunda süni gölə düşən 18 yaşlı qız polis əməkdaşları tərəfindən
xilas olunub.
“Report”un məlumatına görə, Cəlilabad rayonu ərazisində 2006-cı il təvəllüdlü
qız “Petrovka” gölü kimi tanınan su hövzəsinə düşüb.
Həmin vaxt ərazidən keçən Cəlilabad Rayon Polis Şöbəsinin iki əməkdaşı qızın
suya düşdüyünü və boğulmaqda olduğunu görərək dərhal gölə atılaraq, onun
boğulmasının qarşısını alıblar.
Həmin şəxs polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.