92ddecef-2e6c-4b49-b69a-90c018389f8b.jpg

Cəlilabadda tragikomik hadisə – Adına başqa 14 avtomobilin cəriməsi gəlib

Baxış sayı: 297 dəfə baxılıb.

Cəlilabadlı sürücü tragikomik hadisə ilə üzləşib.

Belə ki, ona özünə aid olmayan 14 avtomobilin cəriməsi gəlib. Sürücülük
vəsiqəsinə məhdudiyyət qoyulmasını da təsadüfən öyrənib.

Cəlilabadın Təzəkənd kənd sakini Vüqar Nəzərov deyir ki, təsadüfən sürücülük
vəsiqəsini yoxlatdıranda öyrənib ki, sürücülük hüququndan məhrum edilib.
Cərimələrin çoxluğundan vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulub.

Vüqar Nəzərovun sözlərinə görə, sonuncu dəfə 10 il əvvəl adında avtomobil
olub. 4 ay əvvələ kimi isə Bakıda müxtəlif avtomobillərdə taksi sürücüsü
işləyib. Son 4 ayda da yük maşını idarə edib. Məhdudiyyətə səbəb olan
avtomobilləri isə nə idarə edib, nə də görüb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib, Vüqar Nəzərov
həmin avtomobilləri idarə edən sürücülərlə birlikdə quruma müraciət etməlidir.
Müraciətdən sonra məhdudiyyət aradan qaldırıla bilər.

Ətraflı “Xəzər xəbər”in süjetində:

Cəlilabadda tragikomik hadisə – Adına başqa 14
avtomobilin cəriməsi gəlib
Cəlilabadda tragikomik hadisə – Adına başqa 14 avtomobilin cəriməsi gəlib

Source link