490e6d76-1016-49c3-afc5-70c41fb0e540..jpg

Cəlilabadda Türkiyə üçün yardımlar davam edir – FOTO

Baxış sayı: 996 dəfə baxılıb.

Cəlilabadda Türkiyə üçün yardımlar davam edir – FOTO

Cəlilabad rayonunda Türkiyə üçün yardımlar davam edir.

“Report”un Muğan bürosunun məlumatına görə, yardımlar çərçivəsində Cəlilabad
Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyəyə modul tipli evlər göndərilib.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər görmüş şəxslərə dəstək
məqsədilə Cəlilabad rayonundan göndərilən humanitar yardımlar davam edir. Evsiz
qalmış insanlara yardım məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən 5
ədəd modul tipli ev Türkiyəyə göndərilib.

Qeyd edək ki, modul tipli evlər Bakı şəhərindən Türkiyə Respublikasına yola
salınıb.

Source link