4fbabc7b-10fb-48b4-805d-0031acc5847f..jpg

Cəlilabadda yol kənarında ağaclar kütləvi şəkildə qırılıb

Baxış sayı: 935 dəfə baxılıb.

Cəlilabadda yol kənarında ağaclar kütləvi şəkildə qırılıb

Cəlilabadda yol kənarında əkilən ağaclar kütləvi şəkildə qırılıb.

Bu barədə APA-ya Cəlilabad rayon Şiləvəngə kənd icra nümayəndəsi Simran
Əlizadə məlumat verib.

İcra nümayəndəsinin sözlərinə görə, Cəlilabad-Yardımlı magistral yolunun
Şiləvəngə kəndi ərazisində keçən hissəsində, yolun sağ və sol istiqamətində 5
km-lik məsafədə Eldar şamı ağacları əkilib. Həmin ağaclardan müəyyən qismi
naməlum şəxslər tərəfindən qırılaraq, məhv edilib. Məsələ ilə bağlı polisə
müraciət olunub.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş
inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirilib ki, həmin kəndin
ərazisində yol kənarında əkilən ağaclardan 89 ədədinin naməlum şəxslər
tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil
olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib.

“Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın
nəticəsində əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Cəlilabad rayonunun Şiləvəngə kəndində yol kənarında əkilən
Eldar Şamı ağacları kütləvi şəkildə məhv edilib. Ərazidəki ağaclar ötən ilin
sentyabr ayından əkilib.

Source link