Cəlilabadda yol qəzası: Ölən və yaralılar var – FOTO + YENİLƏNİB

Cəlilabadda yol qəzası: Ölən və yaralılar var – FOTO + YENİLƏNİB

Baxış sayı: 2. 660 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi iyunun 1-də Cəlilabadda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində “FORD“ markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

“FORD“ markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun (Rusiya Federasiyasının vətəndaşı) meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

00:37

İyunun 1-də, axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası olub.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə “Shacman” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla, iki yaralı, morqa isə bir meyit gətirilib. Yaralıların bir qisminin Masallı rayon xəstəxanasına aparıldığı bildirilir.

Ölənlərin sayının artma ehtimalı var.

Faktla bağlı araşdırma aparılır.

00:01

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Shacman” markalı yük maşını ilə mikroavtobus toqquşub. Ölən və yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com