a6ab08f8-57a8-49df-9c10-602001ed9238..jpg

Cəlilabadda yük avtomobilinin sürücüsü qadını vuraraq öldürdü

Baxış sayı: 873 dəfə baxılıb.

Cəlilabadda yük avtomobilinin sürücüsü qadını vuraraq öldürdü

Cəlilabadda yük avtomobili qadını vuraraq öldürüb.

“Report”un məlumatına görə, Çünzəli kənd sakini Mərhəmət İsmayılov idarə
etdiyi “Ford” tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisindəki əkin
sahələrindən birində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş
torpaq yolda geriyə hərəkət etdirərkən ehtiyatsızlıqdan Xəlilabad kənd sakini,
1983-cü il təvəllüdlü Nuridə Bağırovanı vurub.

Qadın xəstəxanaya çatdırılsa da, çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma
aparılır.

Source link