1cf2b6d0-0599-4c3f-939b-99ab337add39..jpg

Cəlilabadın bir kəndində uşaqların dərsə getməsi müşkülə çevrilib: “Çantaya əlavə ayaqqabı qoyuruq” – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Cəlilabadın bir kəndində uşaqların dərsə getməsi müşkülə çevrilib: “Çantaya
əlavə ayaqqabı qoyuruq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəlilabad rayonunun Edişə kəndinə aparan yol bərbad vəziyyətdədir”.

Bunu Cixisyolu.com-a açıqlamasında kənd sakini Xalid Ağazadə deyib.

O bildirib ki, Cəlilabad rayonunda əsas magistral yoldan Edişə kəndinə qədər
olan iki kilometr uzunluğunda yol palçıq içindədir:

“Bizim kəndimizə gələn və kənddaxili yollar bərbad vəziyyətdədir. Yağış yağan
kimi ümumiyyətlə yolda hərəkət etmək mümkün olmur. Uşaqlar məktəbə uzunboğaz
çəkmə ilə gedirlər. Sizə göndərdiyim foto məktəbə gedən yolda çəkilib, təsəvvür
edirsiniz? Qardaşımın oğlu 1 saylı Edişə kənd tam orta məktəbinə gedir. Hər gün
onun çantasına əlavə bir ayaqqabı da qoyuruq ki, məktəbə çatanda dəyişib, sinif
otağına təmiz ayaqqabı ilə girsin. 21-ci əsrdə belə yaşayış olarmı?

Biz demirik ki, mütləq asfalt örtüyü çəkilsin. Heç olmasa, gətirib yollara
çınqıl töksünlər ki, adamlar, maşınlar hərəkət edə bilsinlər. Palçıq qatı o
qədər dərinləşir ki, sanki bataqlıqda gəzirsən. Aidiyyəti qurumlardan xahiş
edirik ki, bizim kəndin yol probleminə mümkün qədər diqqət ayırsınlar”.

Həmin fotoları təqdim edirik:

Source link