9466b995-be4d-4b6f-a04e-1cf91bb9e54a..jpg

Cəmil Fərah: “Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir”

Baxış sayı: 734 dəfə baxılıb.

Cəmil Fərah: “Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur
layihələri icra edir”

“Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir”.

Bunu “Report”a Türkiyənin İzmir şəhəri bələdiyyəsinin sədrinin köməkçisi,
xəritə mühəndisi Cəmil Fərah Zəngilanda keçirilən “II Azərbaycan Milli
Şəhərsalma Forumu” çərçivəsində deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin yenidən bərpası, buraya qaynar
həyatın yenidən qayıtması möhtəşəmdir.

“Uzun illər Qarabağın Azərbaycana məxsus olduğunu eşitdik. Nəhayət ki, Qarabağ
əsl sahiblərinə qayıdıb. Buna görə fəxr edirik”, – o vurğulayıb.

C.Fərah qeyd edib ki, “II Azərbaycan Milli Şəhərsalma Forumu”nun təşkil
edilməsinin təsiri böyükdür:

“Bu cür forum vasitəsilə Azərbaycan dünyaya bir daha haqlı mübarizəsinin
ismarışını verir”.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq
məqsədilə sentyabrın 29-dan etibarən Azərbaycanda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər
iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi
kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib.

Source link