75a80196-db8d-4fa7-8f98-efd1d1c9dc4b..jpg

Cənubi Koreya Asiya Kubokunun yarımfinalında Avstraliyaya qalib gəldi – VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

Cənubi Koreya Asiya Kubokunun yarımfinalında Avstraliyaya qalib gəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya və Cənubi Koreya millilərinin qarşılaşdığı Asiya Kubokunun 1/4
final oyunu başa çatıb.

Cixisyolu.com xəbər verir ki, Qətərdə baş tutan oyunun nəticəsi Koreya yığmasının 2:1
hesablı qələbəsi olub.

Qarşılaşmada hesab birinci hissənin bitməsinə üç dəqiqə qalmış açılıb – Kreyq
Qudvin qola imza atıb. Avstraliyalılar demək olar ki, oyunun sonuna kimi öndə
olsalar da, 90+6-cı dəqiqədə Hvan Hi Çxan penaltini qola çevirərək hesabı
bərabərləşdiriblər. Əlavə vaxtda Son Xın Min qələbə qolunu vuraraq Cənubi
Koreyanı turnirin yarımfinalına çıxarıb.

Koreya millisi Asiya Kubokunun yarımfinalına yüksələn ikinci komanda olub –
finala çıxmaq üçün Cənubi Koreya tarixdə ilk dəfə regional turnirin yarımfinal
mərhələsinə yüksələn İordaniya komandası ilə mübarizə aparacaq.

Source link