Cənubi Koreya döyüşçüsü: “Fikrim yalnız qələbə qazanmaqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fikrim yalnız qələbə qazanmaqdır”.
“Report”un məlumatına görə, bunu Cənubi Koreya idmançısı Kyun Pyu Kim “Rizin”
Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində
mətbuat konfransında deyib.
O, azərbaycanlı Tural Rəhimovla keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib:
“Yarışa çox ciddi hazırlaşmışam. Rəqibi də tanıyıram, bilirəm ki, güclü
idmançıdır. İştirakçıların əksəriyyətinin döyüşlərini izləmişəm. MMA-da böyük
yarışlarda iştirak ediblər. Buna görə də bütün gücümü ortaya qoymalıyam. Gündə
əsasən 3 dəfə məşq edirəm. Eyni zamanda, komanda yoldaşlarımla gücümü
sınayıram”.
Cənubi koreyalı idmançı hansı üslubda döyüşəcəyi ilə bağlı sualı belə
cavablandırıb:
“Döyüşə necə hazırlaşdığımı demək istəmirəm. Bunu sirr olaraq saxlayıram.
Səsvermə ilə də olsa, döyüşü qalib kimi bitirmək istəyirəm”.
Qeyd edək ki, Kyun Pyu Kim və Tural Rəhimov arasında döyüş noyabrın 4-də Milli
Gimnastika Arenasında keçiriləcək.