34b437dc-24f1-434c-a9ae-a8fbaf9ad20d..jpg

Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır

Baxış sayı: 674 dəfə baxılıb.

Cənubi Koreya yeraltı bunkerləri məhv etmək üçün raket hazırlayır

Koreya Respublikası yeraltı istehkamları vura bilən yeni raketin
hazırlanmasına 218 milyon dollar (370,6 milyon manat) sərmayə qoymağı
planlaşdırır.

Bu barədə Cənubi Koreyanın Milli Müdafiə Tədarükü Proqramları İdarəsi (DAPA)
xəbər verir.

Verilən məlumata görə, yeni raket məsafə və nüfuzetmə qabiliyyəti kimi əsas
göstəricilərə görə mövcud oxşar silah sistemini üstələyəcək. DAPA yeni silahın
texniki xüsusiyyətləri barədə təfərrüatlı məlumat verməyib, lakin onun uçuş
məsafəsinin 180 km-dən 300 km-ə qədər artacağı gözlənilir. Raketin
təkmilləşdirilmiş versiyası mobil buraxılış qurğularında yerləşəcək.

Qeyd olunur ki, yeni sursat tunellərdə və bunkerlərdə gizlənmiş hədəflərə
yüksək dəqiqliklə zərbələr endirməyə imkan verəcək.

2027-ci ildə başa çatdırılması planlaşdırılan layihədə Cənubi Koreyanın
aparıcı müdafiə şirkətləri iştirak edir. DAPA işlərin gedişinə nəzarət edəcək.

Bu ilin əvvəlində departament 1,17 milyard dollar (1,989 milyard manat)
ayrılan Koreyanın “Yer-yer” taktiki raketinin (KTSSM) təkmilləşdirilmiş
versiyasının hazırlanması proqramının başlandığını elan edib. Onun
yaradılmasının 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Mənbə: TASS

Source link