28b88aa5-97bd-4cf3-b4e7-66b77d11372e..jpg

Cənubi Koreyada millət vəkilinə hücum anının görüntüləri yayıldı – FOTO/VİDEO

Baxış sayı: 572 dəfə baxılıb.

Cənubi Koreyada millət vəkilinə hücum anının görüntüləri yayıldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyada hakim “Xalqın gücü” partiyasından olan millət vəkili Bae
Hyun-cinə daşla edilən hücumun görüntüləri ortaya çıxıb.

Millət vəkilinin başına 15 zərbə endirən şəxsin psixoloji problemlərinin
olduğu məlum olub.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə hücum edən şəxs əvvəl binaya
giriş qapısında millət vəkili ilə nəsə danışır, sonra gözlənilmədən əlindəki
daşla zərbələr endirməyə başlayır. Qadının yıxılmağına məhəl qoymadan onu
vurmağa davam edir. Sonunda hücum edən şəxs ətrafdakıların müdaxiləsi ilə
uzaqlaşdırılır.

Hücumdan qısa müddət sonra saxlanılan şəxs verdiyi ifadədə 15 yaşında olduğunu
və hadisənin “təsadüfən” baş verdiyini iddia edib. O, depressiyada olduğunu və
xəstəxanaya yerləşdirilmək istədiyini bildirib. Həmçinin üzərində həmişə daş
gəzdirdiyini və bunun bir vərdiş halına gəldiyini də qeyd edib. Onu tanıyanlar
daha əvvəl xəstəxanada bipolyar pozğunluqdan müalicə aldığını deyiblər.

Polisdən verilən məlumata görə, hücum edən gənc 18 yaşından kiçik olduğu və
psixoloji pozuntusu olduğu üçün təcili xəstəxanaya yerləşdirilib. Xəstəxanada
müalicə prosesi tamamlandıqdan sonra yenidən ifadəsi alınacaq.

Eyni zamanda millət vəkili Bae Hyun-cinin komandası da hadisə ilə bağlı
açıqlama verib. Bildirilib ki, hücum edən şəxs qadına yaxınlaşaraq “Siz millət
vəkili Bae Hyun-cinsiniz?” deyə soruşub, sonra isə yumruq boyda daşla başının
arxasına zərbə vurub.

Qan içində xəstəxanaya aparılan millət vəkilinin müalicəsi davam edir və
həyatı üçün təhlükə yoxdur.

Mənbə: TGRT Haber


Source link